
Afinada Yunanıstanın “REVOIL” neft emalı şirkətinin ofisi önündə partlayış baş verib.
“Sputnik Yunanıstan” xəbər verir ki, partlayış nəticəsində bir nəfər yaralanıb.
Polisin ilkin məlumatına görə, neft emalı şirkətinin ofisi qarşısında dinamit partladılıb.
Hələlik heç kəs partlayışa görə məsuliyyəti üzərinə götürməyib.





































