Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bolqarıstan Gürcüstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoydu

Baxış: 255

Bolqarıstan iyulun 26-dan Gürcüstan vətəndaşlarının ölkəyə girişinə qadağa tətbiq edəcək.
“Novosti-Qruziya” xəbər verir ki, bu barədə Gürcüstanın Bolqarıstandakı Səfirliyi məlumat yayıb.
Bildirilir ki, iyulun 26-dan etibarən Gürcüstanda koronavirusa yoluxma halının artması ilə əlaqədar ölkə vətəndaşları Bolqarıstan ərazisinə daxil ola bilməyəcəklər.
Bununla bağlı Bolqarıstan Səhiyyə Nazirliyi qərar qəbul edib.
Bu qərar Gürcüstandan gələn Bolqaristan vətəndaşlarına və onların ailə üzvlərinə şamil edilmir.
Qeyd edilir ki, karantin məhdudiyyətlərinə baxmayaraq Bolqarıstanda turizm mövsümu davam edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.