Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İsrail kapsul formasında peyvənd hazırladı: Müxtəlif ştammlara da təsir edir

Baxış: 278
İsrail alimləri dünyada ilk dəfə kapsul formasında koronavirus infeksiyasına qarşı peyvənd yaradıblar.
Bu barədə “The Jerusalem Post” əczaçılıq şirkəti “Oramed Pharmaceuticals”ə istinadən xəbər yayıb.
Qeyd edilir ki, dərmanın sınaq mərhələsi artıq başqa bir peyvəndlə vaksinasiya olunmuş 24 könüllünün iştirakı ilə keçiriləcək.
Altı həftə davam edəcək sınaq mərhələsində qrupun yarısı bir kapsul, digəri isə iki doza dərman qəbul edəcək.
Bildirlir ki, sözügedən dərmanın digər peyvəndlərdən bir sıra üstünlükləri var. Belə ki, o, fərqli koronavirus ştammlarına qarşı daha davamlıdır, virusun üç struktur zülalını hədəf alır. Eyni zamanda, daha az yan təsirlərə səbəb olan peyvəndin başqa ölkələörə göndərilməsi də asan başa gəlir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.