Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu ölkədə də karantin yumşaldıldı

Baxış: 360
İtaliyanın 21 bölgəsindən 20-də koronavirusa görə tətbiq olunan maska və sosial məsafə istisna olmaqla, bütün məhdudiyyətlər ləğv edilib.
Sahibkartv.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə gündəlik yoluxma və ölüm sayındakı azalma səbəbindən hökumət Siciliya, Toskana, Bolzano Muxtar bölgəsi, Kalabriya, Kampaniya, Bazilikata, Marçe bölgələrini orta riskli “sarı” kateqoriyasından az riskli “ağ” kateqoriyasına daxil edib.
Beləcə, ölkədə “ağ” bölgələrin sayı 13-dən 20-yə yüksəlib. “Ağ” bölgələrdə isə maska və sosial məsafədən başqa bütün məhdudiyyətlər ləğv olunub.
Ölkədə təkcə şimaldakı Val d'Aosta bölgəsi “sarı” kateqoriyadadır. Bu bölgənin də gələn həftə “ağ” olması gözlənilir.
Bundan başqa, açıq havada maska taxmaq məcburiyyətinin ləğvi də gündəmdədir. İyulun əvvəlində bu məhdudiyyətin ləğvi də müzakirədədir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.