Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“İranı böyük dəyişikliklər gözləyir” - Əhmədinejad

Baxış: 260
Prezident seçkisindən sonra İranı böyük dəyişikliklər gözləyir”.
Sahibkartv.az xəbər verir ki, bunu eks-prezident Mahmud Əhmədinejad ölkədə yekunlaşan səsvermədən sonra verdiyi müsahibədə deyib.

"Yaxın gələcəkdə münasibətlərdə və dünya nizamında böyük dəyişikliklər gözləməliyik. İranda da böyük dəyişikliklər və islahatlar olacaq”, - deyə Əhmədinejad seçkilərin nəticəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, İranın xarici siyasətində ciddi dəyişikliklər qısa müddətdə baş verməyəcək:

"Qısa müddətdə xarici siyasətdə böyük dəyişikliklərin olacağı görünmür. Ancaq yaxın gələcəkdə dünya nizamının inkişafı ilə ümumilikdə beynəlxalq münasibətlər dəyişəcək və dolayısıyla bu dəyişikliklər İranla əlaqələrə də təsir edəcək”.

Qeyd edək ki, İranda prezident seçkisinin qalibi 61,9% səslə İbrahim Rəisi olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.