17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
Suriyanın paytaxtı Dəməşq isə ən arzuolunmaz şəhərdir....
Məşhur The Economist jurnalının araşdırma bölməsi olan The Economist Intelligence Unit bu il dünyanın yaşamaq üçün ən yaxşı140 şəhərinin yeni reytinq siyahısını tərtib edib.
Cari ilin fevral-mart aylarında toplanan və təhlil edilən məlumatlar əsasında siyahıda ötən illə müqayisədə kifayət qədər maraqlı dəyişikliklər baş verib. Xüsusən koronavirus pandemiyası əksər şəhərlərin reytinqinə mənfi təsir göstərib.
2018-2020-ci illərdə siyahıya liderlik edən Avstriyanın paytaxtı Vyana bu il 12-ci yerə düşüb. Onu yeni lider - Yeni Zelandiyanın Aukland şəhəri əvəzləyib.
İlk 10-luğa Avstraliyadan 4 şəhər düşüb. Bunun əsas səbəbi ölkənin koronavirus pandemiyası ilə ən yaxşı mübarizə aparanlardan biri olması, vaxtında qısamüddəti sərt karantinə gedərək, infeksiyanın yayılmasını məhdudlaşdırması, bundan sonra isə insanların həyat və fəaliyyətində demək olar ki, məhdudiyyət və mənfi dəyişikliyin baş verməməsidir.
Mövqeyini ən çox itirənlər sıyahısında Almaniyanın üç şəhəri - Hamburq (geriləmə - 34 yer), Frankfurt (geriləmə - 29 yer), Düsseldorf (geriləmə - 28 yer) ən öndə gəlir.Daha sonra onları reytinqi kifayət qədər pisləşən Praqa (Çexiya), Dublin (İrlandiya), Roma (İtaliya), Bratislava (Sovakiya), Afina (Yunanıstan), Montreal (Kanada) və başqaları izləyir.
Mövqeyini ən çox yaxşılaşdıranların ilk 10-luğunda isə 7 ABŞ şəhəri - Honolulu (+46 yer), Hyuston (+31 yer), Mayami (+24 yer), Pittsburq (+22 yer), Çikaqo (+21 yer), Minneapolis (+19 yer) və Boston (+18 yer) var. İspaniyanın Madrid (+25 yer) və Barselona (+22 yer) şəhərləri də ən çox irəliləyənlər siyahısındadır.
Qiymətləndirmə beş əsas meyara görə aparılıb: sabitlik, daha yaxşı səhiyyə xidmətləri, təhsil, mədəniyyət və əraf mühit və infrastrukturun səviyyəsi. Yaşamaq üçün “ən yaxşı” və “ən pis” şəhərlərin ilk 10-luğunun siyahısını təqdim edirik.
Ən yaxşı şəhərlər
1-ci yer - Aukland, Yeni Zelandiya
2-ci yer - Osaka, Yaponiya
3-cü yer - Adelaide, Avstraliya
4-cü yer - Vellinqton, Yeni Zelandiya
5-ci yer - Tokio, Yaponiya
6-cı yer - Pert, Avstraliya
7-ci yer - Sürix, İsveçrə
8-ci yer - Cenevrə, İsveçrə
9-cu yer - Melburn, Avstraliya
10-cu yer - Brisben, Avstraliya
Ən arzuolunmaz şəhərlər
1-ci yer - Karakas, Venesuela
2-ci yer - Douala, Kamerun
3-cü yer - Harare, Zimbabve
4-cü yer - Karaçi, Pakistan
5-ci yer -Tripoli, Liviya
6-cı yer - Algiers, Əlcəzair
7-ci yer - Dakka, Banqladeş
8-ci yer - Port Moresbi, Papua Yeni Qvineya
9-cu yer - Laqos, Nigeriya
10-cu yer - Dəməşq, Suriya
Bölməyə aid digər xəbərlər