Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ağ Evin sözçüsü Cen Psaki vəzifəsindən getməyə hazırlaşır

Baxış: 401
Ağ Evin sözçüsü Cen Psaki 2022-ci ildə vəzifəsindən getməyi planladığını açıqlayıb.
“Mediaite” portalının məlumatına görə bu barədə Psaki CNN-ə müsahibəsi zamanı bəyan edib.
Onun sözlərinə görə, ABŞ prezidenti Co Baydenin keçid komandasına təyin olunması ilə bağlı müzakirələr zamanı söhbət təxminən bir il müddətindən gedib.
“Düşünürəm ki, artıq təxminən bir il keçdikdən sonra başqasının bu işi görməsinin vaxtı gəlib”, - deyə o, bildirib.
Qeyd edək ki, Psaki 2013-cü ilin fevralından 2015-ci ilədək, 2009-2011-ci illərdə Dövlət Departamentinin sözçüsü vəzifəsində çalışıb, 2015-2017-ci illərdə isə ABŞ prezidentinin (demokrat Barak Obama dövründə) köməkçisi işləyib

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.