Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

TƏCİLİ: Türkiyə 2 min komando ilə HƏRƏKƏTƏ KEÇDİ - Yunanıstanda HƏYƏCAN

Baxış: 72
TƏCİLİ: Türkiyə 2 min komando ilə HƏRƏKƏTƏ KEÇDİ - Yunanıstanda HƏYƏCAN


Türkiyənin 51-ci Komando Briqadasının Tuncelinin Hozat rayonundan Aydın vilayətinin Söke rayonuna köçürülməsi Yunanıstanda böyük əks-səda doğurub.

Sisam (Samos) adasının tam qarşısında yerləşən Sökədə təxminən 2 min komandonun mövqelənməsi Afinanın əsas gündəminə çevrilib. Yunanıstanlı müdafiə eksperti Yiannos Xaralambides bu addımı "dərin narahatlıq mənbəyi" kimi qiymətləndirib.

Avqust ayında imzalanan Prezident Sərəncamı ilə 51-ci Komando Briqadasının komandiri vəzifəsinə general-mayor Yaşar Karaoğlu təyin edilib.

"Yeni Asır" qəzetinin məlumatına görə, briqadanın Tunceli–Hozat xəttindən Söke Qarnizonuna köçürülməsi ilə bölgədə 2 minə yaxın peşəkar komando xidmətə başlayıb.

Yunanıstanın son dövrlərdə İsraildən hava hücumundan müdafiə sistemləri alması və Egey dənizindəki bəzi adaları silahlandırmasına cavab olaraq Türkiyənin Sökədə hərbi mövqeyini gücləndirməsi Afinada həyəcanla qarşılanıb. Yunanıstan müdafiə dairələrinin təhlillərində Sökədə yerləşdirilən xüsusi komando birliyinin yüksək hərəkət qabiliyyəti və hava yolu ilə sürətli həmlə imkanları xüsusi vurğulanır. Briqadanın birbaşa Sisam adasının qarşısında yer alması məsələnin strateji əhəmiyyətini daha da artırır.

Sökədəki komando qüvvələri Foçadakı 1-ci Amfibiya Dəniz Piyada Briqadası və İzmirin xüsusi təyinatlı qüvvələri ilə vahid sistem daxilində qiymətləndirilir. Yunanıstan mətbuatı Türkiyənin Egey sahıllərində hərbi gücünü ardıcıl olaraq artırdığını və Sökədəki yeni strukturun ciddi nəzarətdə saxlanıldığını bildirir.
Müdafiə üzrə ekspert Yiannos Xaralambides qeyd edib ki, bu yerləşmə Egeyin mərkəz və cənub hissəsindəki hərbi balans baxımından mühüm rola malikdir. Sökədəki birliyin Foça və İzmir xəttindəki qüvvələrlə birgə fəaliyyəti Yunanıstan üçün kritik təhlükə hesab olunur. Ekspertlər, həmçinin Çanaqqala, Gökçeada, Foça, İzmir və Söke oxu boyunca formalaşan hərbi arxitekturaya xüsusi diqqət çəkirlər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.