Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Twitter-in reklam gəliri investorları məyus edib

Baxış: 296
Twitter Inc. şirkəti, 2021-ci ilin ilk rübü üzrə investorları məyus edən reklam satış gəliri açıqlayıb.
Twitter-in yaydığı məlumata istinadən  şirkətin bu ilin ilk rübündəki gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 28% artaraq 1,04 milyard dollara yüksəlib. Şirkət, keçən ilin eyni dövründə 807,6 milyon dollar gəlir təmin etmişdi.
Şirkətin bu ilin ilk rübündə əldə etdiyi mənfəət isə 68 milyon dollar olub. Şirkət keçən ilin eyni dövründə 8,4 milyon dollarlıq zərər açıqlamışdı.
Şirkətin ilk rübdəki satış gəlirlərindəki 28%-lik artım, Facebook Inc. və Google kimi şirkətlərin rəqəmsal reklam gəlirlərindəki artım ilə müqayisədə aşağıdır.
Şirkətin açıqlamasına görə, ikinci rübdə satış gəlirinin 980 milyon dollar - 1,08 milyard dollar arasında reallaşacağı gözlənilir. Açıqlamanın ardından Twitter səhmləri 10%-dən çox ucuzlaşıb.
Twitterin bu ilin ilk rübündəki gündəlik orta hesabla aktiv istifadəçi sayı keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 20% artaraq 199 milyona çatıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.