Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək

Baxış: 171
“Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək


Almaniyada radikal sağçı AfD-nin hakimiyyətə gəlməsi ehtimalı ölkənin məxfi hərbi planlarının təhlükəsizliyi ilə bağlı müzakirələrə səbəb olub.

Almaniyanın müdafiə naziri Boris Pistorius AfD-nin Saksoniya-Anhalt əyalətində hökumət quracağı təqdirdə, əyalət rəhbərliyinin ölkənin gizli hərbi əməliyyat planına – “OPLAN Deutschland”a çıxışının məhdudlaşdırılmasının nəzərdən keçirildiyini bildirib.

Söhbət Almaniyanın mümkün böhran və ya müharibə vəziyyətində atacağı hərbi və mülki addımları müəyyənləşdirən məxfi plandan gedir.

“OPLAN Deutschland” ölkənin müdafiəsinin təşkili, hərbi qüvvələrin hərəkəti, mühüm infrastrukturun qorunması, eləcə də böhran və müharibə şəraitində dövlət, hərbi və mülki strukturlar arasında koordinasiyanı nəzərdə tutur.

AfD-nin yüksəlişi son seçkilər və ümumölkə sorğularında da aydın görünür. Partiya Saksoniya-Anhaltda keçirilən son seçkidə 43,8 faiz səslə qalib gəlib və 2021-ci ildəki nəticəsini iki dəfədən çox artırıb. Almaniya üzrə keçirilən son sorğuların bir qismində də AfD 27–28 faizlə CDU/CSU-nu qabaqlayıb. Bu yüksəliş AfD-nin Almaniyada hakimiyyətə gəlməyə çox yaxın olduğu ehtimalını daha da gücləndirir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.