Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ-nin toya hücumuna görə beynəlxalq məhkəməyə müraciət edildi

Baxış: 63
ABŞ-nin toya hücumuna görə beynəlxalq məhkəməyə müraciət edildi


İran Qızıl Aypara Cəmiyyəti ABŞ-nin İranın Hörmüzqan əyalətində toy mərasimi keçirilən evə hücumu ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Prokurorluğuna müraciət edib.

IRNA xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Əlaqələr və Humanitar Hüquq üzrə müavini Raziyə Əlişvəndi açıqlayıb.

Onun sözlərinə görə, Haaqadakı BCM Prokurorluğuna göndərilən məktubda baş verən hadisə ilə bağlı ilkin məlumatlar təqdim olunub. Məktubda hadisənin Roma Statutunun hücumlarla bağlı müddəalarına uyğun olub-olmamasının hüquqi baxımdan qiymətləndirilməsi tələb edilib.

Əlişvəndi bildirib ki, ABŞ-nin İrana son hücumları zamanı Hörmüzqan əyalətinin Kuheştek şəhərində toy mərasimi keçirilən evə mərmi düşüb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində 4 nəfər ölüb, 67 nəfər yaralanıb.

O vurğulayıb ki, mülki şəxslərin olduğu evin hədəfə alınması və ölənlər arasında uşağın olması hadisə ilə bağlı müstəqil və effektiv araşdırmanın təcili aparılmasını zəruri edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.