
Rusiyada həbs olunan azərbaycanlı diaspor rəhbəri Ruslan Məmmədovla bağlı yeni məlumat ortaya çıxıb.
Unikal.az xəbər verir ki, R. Məmmədov Perm diyarı Cüdo Federasiyasının vitse-prezidenti imiş. Onun bu vəzifəyə 2025-ci ilin mart ayında təyin olunduğu bildirilir.
Qeyd edək ki, Ruslan Məmmədov Federal Təhlükəsizlik Xidməti və Rusiya Qvardiyasının əməkdaşları tərəfindən saxlanılıb. Permin Leninski Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.







































