Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ermənistan Azərbaycana məhsul ixracına başlayır - Paşinyan AÇIQLADI

Baxış: 117
Ermənistan Azərbaycana məhsul ixracına başlayır - Paşinyan AÇIQLADI


Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla, o cümlədən elektrik enerjisinin idxalı və ixracı xətti üzrə tərəfdaşlıq edə biləcəyini bəyan edib.

Baş nazir keçirdiyi brifinqdə Azərbaycan Prezidenti İlham Əliyevin daha əvvəl haqqında danışdığı azərbaycanlı mütəxəssislərin Ermənistana səfərlərini təsdiqləyib.

"Biz əvvəllər də demişdik ki, elektrik ötürücü xətləri, boru kəmərləri, kabellər, dəmir yolları üzərində işləyirik və bu məsələlər üzrə ikitərəfli iş aparılır", - Paşinyan qeyd edib.

Bu səfərlər 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında baş tutub. Müzakirələr elektrik verilişi xətləri, dəmir yolu, boru kəmərləri və digər infrastrukturlarla bağlı olub.

Paşinyan həmçinin bəyan edib ki, yaxın vaxtlarda Ermənistan Azərbaycana ixrac tədarükünə başlayacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.