Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Qızımın pullarını başqa qadınlara xərcləyir"

Baxış: 72
"Qızımın pullarını başqa qadınlara xərcləyir"


Xəbər verdiyimiz kimi, "Yeraltı" serialında "Mələk" obrazını canlandıran 17 yaşlı aktrisa Ülkü Hilal Çiftçinin özündən 10 yaş böyük tərəf müqabili Hakan Çələbi ilə sevgili olduğunun ortaya çıxmasının ardından atası Ünal Çiftçi prokurorluğa müraciət edib.

Aktrisanın anası Kader Çiftçi qızının adının hallandığı qalmaqal fonunda həyat yoldaşı Ünal Çiftçiyə qarşı boşanma və zina iddiası ilə məhkəməyə üz tutub. O, ərinin qızının qazandığı pulu başqa qadınlara xərclədiyini iddia edib.

Qeyd edək ki, Ülkünün atası Ünal qızının sevgilisi Hakanın ondan yaşca böyük olduğunu iddia edərək aktyoru prokurorluğa şikayət edib. Lakin daha sonra məlum olub ki, Ünal özü dəfələrlə qızı ilə birgə Hakanla ünsiyyətdə olub. Mediada onların birgə çəkilən fotoları yayılıb./Bakupost/

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.