Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var

Baxış: 180
Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var


Husilər Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə həyata keçirdiyi hücum nəticəsində 11 mülki şəxsin yaralandığı bildirilib.

“Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının sözçüsü, briqada generalı Turki əl-Maliki açıqlamasında hücumların Nəcran bölgəsindəki yaşayış məntəqələrinə qarşı həyata keçirildiyini söyləyib.

Onun sözlərinə görə, yaralanan şəxslərdən 7-si Səudiyyə Ərəbistanı vətəndaşıdır. Yaralananlar arasında 4 yaşlı uşaq və ikinci dərəcəli yanıq xəsarəti alan bir qadının da olduğu qeyd edilib.

Turki əl-Maliki husilərin mülki ərazilərə ayrı-seçkilik etməyən sursatlarla hücum etdiyini və bunun beynəlxalq humanitar hüququn pozulması olduğunu bildirib.

Səudiyyə Ərəbistanından bir rəsmi “Reuters” agentliyinə bildirib ki, ölkə ABŞ və digər regional tərəfdaşlardan kəşfiyyat məlumatları əldə edib.

Məlumata görə, Yəmən husiləri İraq milisləri ilə birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyi altında Səudiyyə Ərəbistanına qarşı daha genişmiqyaslı hücumlara hazırlaşa bilər.

Rəsmi şəxs deyib ki, mümkün hücumların hədəfində enerji obyektləri, limanlar və hava limanları da daxil olmaqla, mülki və iqtisadi infrastruktur ola bilər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.