
ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatları maliyyələşdirməyə davam etmək üçün vəsait tapmaqda çətinlik çəkir.
Bloomberg-ə istinadən xəbər verir ki, "əlavə maliyyələşdirmə paketinin təsdiqlənməsi prosesi Konqresdə faktiki olaraq dayandığı üçün" Vaşinqton "müharibəni necə maliyyələşdirməyin yollarını axtarır". Agentlik yazır ki, bu, administrasiyanı lazımi vəsaiti təmin etmək üçün başqa yollar axtarmağa məcbur edir. Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp qanunvericiləri maliyyələşdirməni təsdiqləməyə inandırmaq üçün az iş görür.
ABŞ müdafiə naziri Pit Heqset əvvəllər Senatın Təxsisatlar Komitəsinin dinləməsində ABŞ-ın İrana qarşı hərbi əməliyyat xərcinin təxminən 37,5 milyard dollar olduğunu bildirmişdi.







































