
ABŞ prezidenti Donald Tramp İranın amerikalı hərbçilərə qarşı hücumları ilə bağlı sərt bəyanatla çıxış edib.
Həftəsonu 3 amerikalı hərbçinin həlak olmasından sonra Tramp "Truth Social" platformasında paylaşım edərək Tehran rəhbərliyinə xəbərdarlıq edib.
"İran hər dəfə bir amerikalı əsgəri öldürəndə bunun bədəlini dəfələrlə ağır şəkildə ödəyəcək", – deyə ABŞ dövlət başçısı vurğulayıb.
Ağ Ev rəhbəri əlavə edib ki, artıq bu məsələ ilə bağlı müdafiə naziri Pit Heqsetə və ordudakı bütün komandanlığa müvafiq göstərişlər verib.







































