Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan nefti hər şeyi dəyişdi – İsraildən gözlənilməz qərar

Baxış: 99
Azərbaycan nefti hər şeyi dəyişdi – İsraildən gözlənilməz qərar


İsraildə "erməni soyqırımı"nın tanınması ilə bağlı səsvermənin gündəlikdən çıxarılmasının səbəbi açıqlanıb.

Maariv nəşri yazır ki, İsrail "erməni soyqırımı"nın tanınması ilə bağlı səsvermədən Azərbaycan neftini itirmək qorxusuna görə imtina edib.

Məlumata görə, iyunun sonunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saarla söhbətində Bakının narazılığını çatdırıb. Buna baxmayaraq, İsrail Nazirlər Kabineti qətnaməni təsdiqləyib.

Lakin pərdəarxası müzakirələr zamanı İsrailin Azərbaycanla strateji enerji asılılığı əsas arqumentə çevrilib. Bildirilir ki, İsrailin idxal etdiyi neftin 40 faizdən çoxu Azərbaycandan tədarük olunur.

Knessetdə qətnamənin qəbulu üçün kifayət qədər dəstək olmadığından məsələ gündəlikdən çıxarılıb.musavat.com

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.