Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyə ilə İsrail arasında gərginlik nəzarətdən çıxa bilər

Baxış: 117
Türkiyə ilə İsrail arasında gərginlik nəzarətdən çıxa bilər


Türkiyə və İsrailin “söz müharibəsi” nəzarətdən çıxa bilər. İki ölkə arasında Suriya, İran və Şərqi Aralıq dənizi uğrunda qarşıdurma Yaxın Şərqdə yeni böyük rəqabət kimi təsvir edilir.

Bunu “The Economist” yazıb.

Məqalədə bildirilib ki, Ankara və Təl-Əviv arasında gərginlik gündən-günə artır.

“İllərdir sərt ritorika ilə danışan Türkiyə və İsrail rəsmiləri arasında “söz müharibəsi”, 2023-cü ildə Qəzza hadisələrindən sonra daha da şiddətlənib”.

Nəşr qeyd edib ki, iki ölkə arasında yaranan gərginlik artıq nəzarətdən çıxmağa başlayır.

Məqalədə israilli siyasətçilərin Türkiyəni İranla eyniləşdirdiyi qeyd olunub və 23 iyunda israilli nazirlərdən birinin ölkəsi üçün ən böyük təhlükə olaraq Türkiyə və Suriyanın İranı əvəzlədiyini iddia etdiyi xatırladılıb.

İsrail 28 iyunda 1915-ci il hadisələrini soyqırım kimi tanıyaraq gərginliyi bir addım daha da artırdı.

Buna cavab olaraq, Prezident Rəcəb Tayyib Ərdoğan beynəlxalq səviyyədə Qəzzada soyqırımın baş verdiyini müdafiə edir və İsrailin Suriya və Livandakı bombardmanlarının Türkiyə üçün təhlükə yaratdığını vurğulayır.

Nəşr yazır ki, tərəflər birinin digərini mühasirəyə almasından qorxur. Məqalədə İsrailin Türkiyənin Suriyadakı geniş mövcudluğundan, Misir, Pakistan və Səudiyyə Ərəbistanı ilə artan hərbi ittifaqlarından narahat olduğu bildirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.