Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

BP-nin Gürcüstan üzrə rəhbəri azərbaycanlı təyin olunub

Baxış: 347
Aytən Hacıyeva Böyük Britaniyanın BP şirkətinin Gürcüstan üzrə ölkə rəhbəri vəzifəsinə təyin olunub.
“Sahibkartv”nin yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev A.Hacıyeva ilə görüş keçirib.
Səfir A.Hacıyevanı yeni təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. O, Azərbaycan vətəndaşlarının böyük transmilli şirkətlərdə yüksək vəzifə tutmalarının önəmini qeyd edib.
A.Hacıyeva BP-nin Gürcüstandakı fəaliyyəti və gələcək planları barədə məlumat təqdim edib. Onun sözlərinə görə, bu il şirkətin Gürcüstanda fəaliyyətə başlamasının 25-ci ildönümü tamam olur və şirkət regionda bərpa olunan enerji sahəsində layihələrin həyata keçirilməsini də təşviq edir.
Tərəflər Gürcüstanda biznes mühiti, ölkədə Azərbaycan şirkətlərinin fəaliyyəti və onların yatırdıqları sərmayələr ətrafında fikir mübadiləsi də aparıblar.
Qeyd edək ki, A.Hacıyeva BP-də yüksək vəzifəyə təyinat alan üçüncü azərbaycanlı kadrdır. Hazırda şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda insan resursları üzrə vitse-prezidenti Nərminə Nəbiyeva, Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti isə Bəxtiyar Aslanbəylidir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.