Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Baxış: 81
Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı


Belçikada davam edən isti hava dalğası ölkədə yeni temperatur rekordlarına səbəb olub.

Bu barədə Kral Belçika Meteorologiya İnstitutu məlumat yayıb.

Bildirilib ki, Ukkldə yerləşən rəsmi meteoroloji stansiyada havanın temperaturu 35,3 dərəcə qeydə alınıb. Bu göstərici 2026-cı ilin indiyədək ən yüksək temperaturu hesab olunur.

Məlumata görə, yeni rekord 1976-cı ildə qeydə alınmış 33,5 dərəcə göstəricisini də geridə qoyub.

Son günlər Belçikada temperatur ardıcıl olaraq rekord səviyyələrə yüksəlir. İyunun 24 və 25-də də ölkədə bütün zamanların ən yüksək iyun temperaturu qeydə alınmışdı.

Həddindən artıq istilərlə əlaqədar Liej və Limburq əyalətlərində ən yüksək – qırmızı, ölkənin əksər bölgələrində isə narıncı səviyyəli hava xəbərdarlığı qüvvədədir.

Milli Böhran Mərkəzi vətəndaşlara günün ən isti saatlarında açıq havada olmamağı, bol maye qəbul etməyi, sərin yerlərdə qalmağı, xüsusilə yaşlılara və xroniki xəstəlikləri olan şəxslərə diqqət yetirməyi tövsiyə edib.

Sinoptiklərin proqnozuna görə, isti hava dalğasının həftəsonundan etibarən tədricən zəifləyəcəyi gözlənilir.(Qafqazinfo)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.