21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasına üzv dövlətlərin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Büdcəsinə məcburi ödənişlərinin həcminə dair Protokolu təsdiqləyib.
Bu barədə “Resmi gazete” məlumat yayıb.
Sənəd 2020-ci ilin noyabrın 28-də İstanbulda imzalanıb və fondun büdcəsinin formalaşdırılmasını nəzərdə tutur.
Türkiyə lideri həmçinin sözügedən tarixdə imzalanmış daha bir sənədi - “Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol”u da təsdiqləyib.
Qeyd edək ki, 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması təşəbbüsü ilə bağlı qərar qəbul edilmiş və həmin qərar 2010-cu il sentyabrın 16-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısında dəstəklənib. Fondun Nizamnaməsi 2012-ci il avqustun 23-də Qırğızıstan Respublikasının Bişkek şəhərində keçirilən Zirvə Görüşündə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikalarının hökumət başçıları tərəfindən qəbul edilmişdir. Təşkilatın mənzil-qərargahı Bakı şəhərində yerləşir.
3 oktyabr, 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilmiş Türkdilli Dövlət Başçılarının IX Zirvə Görüşündə Qazaxıstan Respublikası Prezidenti Nursultan Nazarbayev Türk Dünyası üzrə tədqiqatlar aparan beynəlxalq tədqiqat mərkəzinin yaradılmasını təklif etmişdir.
28 may 2010-cu ildə Qazaxıstan Respublikasının paytaxtında Sülh və Barışıq Sarayında Türk Akademiyası təsis edilib.
Bölməyə aid digər xəbərlər