Erməni bloger gözlənilməz çağırış: ‘Xaçaturyan azad olmamalı idi!’ – Gərginlik artır”
Tarix: Bu gün, 09:00
/
Baxış: 72
Bir neçə ay öncə Azərbaycanın Ermənistana təhvil verdiyi Vaqif Xaçaturyan bu ölkənin sabiq prezidenti Robert Köçəryanla görüşüb. Görüş Köçəryanın “Ermənistan” blokunun rəhbəri kimi bu rayona səfəri zamanı baş tutub. Xocalı canisi səfər zamanı onun görüşünə gəlmiş soyqırım cəlladının əlini sıxıb.
Erməni bloger Natali Aleksanyan isə onların görüşünü sərt tənqid edib və Xaçaturyan barəsində ağır ifadələr işlədib: “Vaqif Xaçaturyan Azərbaycanın, ümumiyyətlə, buraxmamalı olduğu bir əclafdır. Nikol Paşinyanın sayəsində o, Ermənistandadır və Robert Koçaryanla əl sıxır. “Azərbaycan dövlətinə müraciət edirəm: xahiş edirəm, qalanlarını buraxmayın. Onlar Ermənistan Respublikasının düşmənləridir!”, - deyə o müraciətində bildirib.
Xatırladaq ki, yanvar ayının 14-də Bakıda həbsdə olan Vaqif Xaçaturyan və digər üç erməni Azərbaycan tərəfindən Ermənistanın müvafiq qurumlarının nümayəndələrinə təhvil verilib. V. Xaçaturyan qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində 25 azərbaycanlının ölümündə, 14 nəfərin xəsarət almasında, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salınmasında günahlar bilinib.
Erməni qadın-bloger bu kimi çağırışlara görə radikal-revanşistlərin qəzəbinə tuş gələ bilərmi? Onun xahişini rəsmi Bakı nə dərəcədə nəzərə alacaq?
Millət vəkili Tənzilə Rüstəmxanlının Musavat.com-a bildirdiyinə görə, Xaçaturyan o şəxs idi ki, 2023-cü ilin oktyabrında Bakıda keçirilən məhkəmələrdə ağlamış, Azərbaycan xalqından üzr istəmişdi. “Və o, ümumiyyətlə, 30 il sonra törətdiyi əməllərə görə məsuliyyətə cəlb olunacağını ağlının ucundan belə keçirmirdi. Amma Azərbaycan göstərdi ki, bu dövlət ona qarşı yanlış edənləri, onların üzünü, əməllərini heç vaxt unutmur və unutmağa da imkan vermir. Xaçaturyanın bu yaşda ağlaması, üzr istəməsi tarixi ədalətin bərpası idi. Azərbaycan dövləti humanist davranaraq ağır vəziyyətdə olan Xaçaturyanı Ermənistana təhvil verdi. Onun burada ölməsi nəyi dəyişdirəcəkdi ki?! O zatən Laçında Azərbaycan tərəfindən tutulanda, Bakıya gətiriləndə, məhkəmə qarşısına çıxarılanda, başına müsibətlər gətirdiyi xocalıların qarşısına hönkür-hönkür ağlayıb üzr istəyəndə, zatən ölüb-bitmişdi, hətta yerə girmişdi… Dar ayaqda göz yaşı töküb, sonra özünü qəhrəman kimi təqdim etmək köhnə erməni xislətidir. Xaçaturyan və Köçəryan bir medalın iki üzü olduğundan onların görüşməsində və burda xalqımızdan yalvararaq üzr istəyən cinayətkarın səsini çıxartmasında təəccüblü bir şey yoxdur”,_ deyə deputat bildirib.
Millət vəkili vurğulayıb ki, uzun illər regionu qan gölünə çevirən, xalqların faciəsi və etnik təmizləmə üzərində qanlı səltənət quran Robert Köçəryan və Serj Sarkisyan cütlüyünün yenidən siyasi səhnədə boy göstərməsi, tarixin zibilliyinə atılmış bir xülyanın son çırpıntılarıdır: “Onlar elə zənn edirlər ki, vaxtilə mülki insanlara, qocalara və körpələrə qarşı tətbiq etdikləri cəlladlıq metodları ilə bu günün qüdrətli Azərbaycanı qarşısında hansısa bir siyasi dividend qazana bilərlər. Köçəryan və Sarkisyanın kölgəsində sığınan bu revanşist qüvvələr anlamalıdırlar ki, revanş istəyi onlar üçün suverenliyini itirmiş bir dövlət olaraq tarixdən birdəfəlik silinmək fəlakəti ilə nəticələnəcək. Azərbaycan həm dostları, həm də düşmənləri ilə münasibətə, onlarla necə davranacağına özü qərar verir. Erməni bloqerin çağırışında öz millətindən olan cinayətkarların iyrənc mahiyyəti ifadə olunur. Amma bütün hallarda cəza və ya bağışlama haqqı Azərbaycan dövlətinə aiddir!”
Digər xəbərlər
Xəbər lenti
09:45
28-04-2026
28-04-2026
09:30
28-04-2026
28-04-2026
09:26
28-04-2026
28-04-2026
09:23
28-04-2026
28-04-2026
09:19
28-04-2026
28-04-2026
09:00
28-04-2026
28-04-2026
22:11
27-04-2026
27-04-2026
21:48
27-04-2026
27-04-2026
21:18
27-04-2026
27-04-2026
20:43
27-04-2026
27-04-2026
20:33
27-04-2026
27-04-2026
20:16
27-04-2026
27-04-2026
19:44
27-04-2026
27-04-2026
19:34
27-04-2026
27-04-2026
19:14
27-04-2026
27-04-2026
18:51
27-04-2026
27-04-2026
18:31
27-04-2026
27-04-2026
18:21
27-04-2026
27-04-2026
17:49
27-04-2026
27-04-2026
17:33
27-04-2026
27-04-2026
17:17
27-04-2026
27-04-2026
16:53
27-04-2026
27-04-2026
16:23
27-04-2026
27-04-2026
15:46
27-04-2026
27-04-2026
15:30
27-04-2026
27-04-2026
15:17
27-04-2026
27-04-2026
15:00
27-04-2026
27-04-2026
14:22
27-04-2026
27-04-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Balıqçılıq kənd sahibkarlığının yeni istiqamətidir
27-04-2026 22:11
/
108
2026-da balıqçılıq qlobal bazara çıxır
27-04-2026 21:48
/
108
Balıq yetişdiriciliyi ilə davamlı gəlir qurmaq
27-04-2026 21:18
/
99
Su məhsulları bazarında yeni imkanlar yaranır
27-04-2026 20:43
/
126
Balıqçılıqda planlı yanaşma gəliri artırır
27-04-2026 20:33
/
108
2026-da akvakultura biznesi sürətlə inkişaf edir
27-04-2026 20:16
/
117


























