Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Tarix: 23-04-2026, 16:00
/
Baxış: 342
Yaxın Şərqdə son illərdə formalaşan siyasi balans yenidən ciddi sınaq qarşısındadır. 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə imzalanan “İbrahim sazişləri” İsrail ilə bəzi ərəb dövlətləri arasında diplomatik münasibətlərin normallaşması baxımından yeni mərhələ kimi təqdim olunurdu. Lakin regionda artan gərginliklər, xüsusilə İran ətrafında təhlükəsizlik böhranının dərinləşməsi bu prosesin gələcəyini sual altına alıb.
Musavat.com bildirir ki, “İbrahim sazişləri” ilk dəfə 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş arasında imzalanıb. Daha sonra Sudan və Misir də sənədə qoşulmuşdu.
İlk baxışdan “İbrahim sazişləri” Yaxın Şərqdə uzun illər davam edən düşmənçilik mühitini yumşaltmalı, iqtisadi və siyasi əməkdaşlıq üçün yeni imkanlar açmalı idi. BƏƏ, Bəhreyn və digər bəzi ölkələrin İsraillə münasibətləri normallaşdırması bu layihənin əsas uğur nümunələri sayılırdı. Lakin regionda təhlükəsizlik gündəliyinin dəyişməsi bu xətti arxa İran ətrafında baş verən hərbi-siyasi gərginliklər və İsrail–İran qarşıdurmasının kəskinləşməsi region dövlətlərini daha ehtiyatlı mövqeyə çəkdi. Diplomatik yaxınlaşma əvəzinə təhlükəsizlik narahatlıqları ön plana çıxdı. Nəticə etibarilə, “İbrahim sazişləri” formal olaraq qüvvədə qalsa da, onun genişlənmə dinamikası zəifləyib. Analitiklərin fikrincə, bu sənəd artıq əvvəlki kimi “siyasi normallaşma layihəsi” kimi deyil, daha çox məhdud çərçivəli və ehtiyatlı diplomatik format kimi qiymətləndirilir.
Qərb analitikləri hesab edirdilər ki, Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması regional sabitliyə mühüm töhfə verə, həm siyasi, həm iqtisadi əməkdaşlıq imkanlarını genişləndirə, həm də ABŞ-nin Cənubi Qafqaz-Mərkəzi Asiya xəttində təsirini artıra bilər. Onların qənaətinə görə, Qazaxıstan, Azərbaycan və Özbəkistanın mümkün iştirakı müsəlman ölkələrinin İsraillə diplomatik münasibətlərini genişləndirməsi üçün təhlükəsiz model yarada bilərdi. Beləliklə, İran ətrafında yaranan müharibə və gərginliklər “İbrahim sazişləri”ni hüquqi olaraq arxivə göndərməsə də, onun siyasi təsir gücünü ciddi şəkildə azaldıb.
Deputat Asim Mollazadə isə Musavat.com-a bildirib ki, əksinə, sazişlə bağlı proses davam edəcək və imzalanması aktualdır: “Fərqli dinlər arasında əməkdaşlığa həsr olunan, bu istiqamətdə bölgədə sülh, əmin-amanlıq yaradan sazişlərin yaxşı gələcəyi var. Onları müharibələrlə məhv etmək mümkün deyil. Azərbaycanın min illərlə formalaşan xüsusiyyəti var - bütün dinlərə hörmət, qarşılıqlı əməkdaşlıq. Ona görə də bu saziş kifayət qədər perspektivi olan layihədir”. A.Mollazadə hesab edir ki, söhbət konkret olaraq Azərbaycan-İsrail əlaqələrindən gedirsə, iki ölkə arasında müxtəlif sahələri əhatə edən tərəfdaşlıq sazişləri mövcuddur: “Ona görə də ehtiyac olarsa, hamı ilə birgə bu sənədin imzalanması mümkündür. Ancaq ayrıca ehtiyac yoxdur. Çünki belə bir saziş olmayanda da Azərbaycanla İsrail arasında əməkdaşlıq inkişaf edir”.
Yada salaq ki, ötən ilin sonunda İsrailin xarici işlər naziri Bakıda səfərdə olarkən Azərbaycan XİN-nin rəhbəri Ceyhun Bayramov “İbrahim sazişləri” ilə bağlı suala cavab vermişdi. Nazir sazişi “bəzi ərəb dövlətləri ilə İsrail arasında əldə edilən razılaşma” adlandıraq bunları demişdi: “Bu razılaşma ilə İsraillə münasibəti olmayan ərəb dövlətləri İsraillə əlaqələr qurur. Bu, “İbrahim sazişləri” əsasında baş verirdi. Amma Azərbaycan və İsrail arasında çoxşaxəli münasibətlər var və bu münasibətlər uzun tarixə malikdir. Bu, ona görə də bizə bir qədər təəccüblü gəlir”.
“İbrahim sazişləri” 2020-ci ildə ABŞ prezidenti Donald Trampın birinci hakimiyyəti dövründə onun təşəbbüsü ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər lenti
12:37
05-06-2026
05-06-2026
12:13
05-06-2026
05-06-2026
11:41
05-06-2026
05-06-2026
11:08
05-06-2026
05-06-2026
10:52
05-06-2026
05-06-2026
10:25
05-06-2026
05-06-2026
09:53
05-06-2026
05-06-2026
09:49
05-06-2026
05-06-2026
09:42
05-06-2026
05-06-2026
09:36
05-06-2026
05-06-2026
09:29
05-06-2026
05-06-2026
09:00
05-06-2026
05-06-2026
22:11
04-06-2026
04-06-2026
21:48
04-06-2026
04-06-2026
21:18
04-06-2026
04-06-2026
20:43
04-06-2026
04-06-2026
20:33
04-06-2026
04-06-2026
20:16
04-06-2026
04-06-2026
19:44
04-06-2026
04-06-2026
19:34
04-06-2026
04-06-2026
19:14
04-06-2026
04-06-2026
18:51
04-06-2026
04-06-2026
18:31
04-06-2026
04-06-2026
18:21
04-06-2026
04-06-2026
17:49
04-06-2026
04-06-2026
17:33
04-06-2026
04-06-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Fermerlər üçün yeni gəlir xəritəsi hazırlanır
04-06-2026 22:11
/
162
Məhsul istehsalından daha vacib olan nədir
04-06-2026 21:48
/
153
Kənd təsərrüfatında satış üsulları dəyişir
04-06-2026 21:18
/
153
Fermerlər üçün gələcəyin bazarları formalaşır
04-06-2026 20:43
/
162
Torpaq əsaslı sahibkarlıq niyə güclənir
04-06-2026 20:33
/
189
Kənd biznesində riskləri azaldan əsas faktorlar
04-06-2026 20:16
/
171








































