
Vaşinqton administrasiyası müttəfiqlərindən Hörmüz boğazında gəmiçiliyin bərpasına kömək etmək istədikləri barədə konkret hərəkətlər deyil, sadəcə, açıqlamalar gözləyir.
"Politico" qəzeti xəbər verir ki, Avropa rəsmiləri arasında olan mənbələrə görə, Ağ Ev müttəfiqlərindən Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün kömək istəyir.
Bununla bağlı şəxsi söhbətlərdə real fəaliyyətlərin deyil, yüksək səviyyəli açıqlamaların Prezident Donald Trampa maliyyə bazarlarını sakitləşdirmək üçün kifayət etdiyi vurğulanır: "Tramp administrasiyası Avropa və Asiya müttəfiqlərini həftənin sonuna qədər bu məsələ ilə bağlı açıqlamalar verməyə məcbur edir".
Nəşr qeyd edir ki, "Ağ Ev bu mərhələdə müttəfiqlərdən hansısa real addımlar gözləmir".
Məqalədə vurğulanır ki, Vaşinqton administrasiyası Yaxın Şərqdəki vəziyyətə "bazar reaksiyalarına" xüsusi diqqət yetirir. Bu baxımdan, Vaşinqtonun müttəfiqlərinin Hörmüz boğazı ilə bağlı ABŞ planlarına dair "hətta sadə bir dəstək bəyanatı" "getdikcə daha çox narahat olan investorları ruhlandırmağa" kömək edə bilər.






























