
İsrail Müdafiə Qüvvələri (SAXAL) Tehran şəhərindəki infrastruktur obyektlərinə genişmiqyaslı hücumlara başlayıb.
Bu barədə ordunun mətbuat xidməti öz teleqram kanalında məlumat yayıb.
Hərbçilər həmçinin Beyrutda fəaliyyət göstərən “Hizbullah” hərəkatının infrastrukturlarına da hücum edirlər.
“İsrail Müdafiə Ordusu İran rejiminin infrastrukturuna qarşı bütün Tehranda genişmiqyaslı hücumlara başlayıb. Bundan əlavə, SAXAL Beyrutda "Hizbullah"ın terror infrastrukturuna qarşı əlavə hücum dalğası başladıb”, – məlumatda qeyd olunub.

































