
İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi mənbələrə əsasən bildirib.
Qeyd olunur ki, hazırda düşən raketin qalıqlarına dair heç bir məlumat yoxdur: “Sosial mediada yayılan görüntülər raketin vurulma anını deyil, qalıqların atmosferə daxil olarkən yanmasını əks etdirir”.





























