Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İsrail İran diviziyasının komandirlərini də öldürdü

Baxış: 36
İsrail İran diviziyasının komandirlərini də öldürdü


İsrail Müdafiə Ordusu Livanda İran diviziyasının komandirinin və yüksək rütbəli üzvlərinin öldürüldüyünü bəyan edib.

 "Hizbullah"la birgə fəaliyyət göstərən "İmam Hüseyn diviziyası"nın komandiri ötən gecə Livana endirilən aviazərbə nəticəsində müavini və digər komandirlərlə birgə öldürülüb.

Hərbçilərin məlumatına görə, diviziya komandanı Əli Musəlləm Təbayə bu vəzifəyə əvvəlki komandir 2024-cü ilin oktyabrında İsrail tərəfindən öldürüldükdən sonra təyin edilib.

"Bu, SEPAH-ın Livan ərazisindən İsrailə hücum etmək tapşırığı daşıyan İran bölməsidir. İllərdir biz onları aşkar edib məhv etməyə çalışırdıq. Ötən gecə onlar İsraili atəşə tutarkən saniyələr içində məhv edildilər", - İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir videomüraciətində bildirib.

İsrail ordusunun məlumatına görə, dünənki aviazərbə nəticəsində diviziya komandirinin müavini Cihad əl-Səfira, pilotsuz uçuş aparatlarının idarə olunması üzrə zabit Saqer əl-Həndəsə və bir sıra digər yüksək rütbəli komandirlər də həlak olub.(publika.az)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.