Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tehran: 9000 hədəfimiz vurulub, qisas alınacaq, sülhün şərtləri isə…

Baxış: 72
Tehran: 9000 hədəfimiz vurulub, qisas alınacaq, sülhün şərtləri isə…


ABŞ və İsrailin hücumları  nəticəsində 10 gündə  İranda  9000 məkan hədəfə alınıb.

Bunu Tehran meri Əlirza Zəkani deyib.

Bu barədə İran dövlət televiziyasına açıqlama verən  mer Zakani deyib ki, 12 günlük müharibə zamanı ümumilikdə 1450 hədəf vurulmuşdusa, son müharibənin ilk 10 günündə 9000 hədəf hücuma məruz qalıb.

İranın xarici işlər naziri Abbas Əraqçi sosial mediada X hesabı vasitəsilə İsrail və ABŞ-ın hədəf aldığı İran bankı ilə bağlı açıqlama verib.

"Ölkəmizin ən qədim banklarından birinin (Bank Sepah) filialı işçilərlə dolu ikən bombalandı. Silahlı qüvvələrimiz milli infrastrukturumuza edilən hücumların qisasını alacaq", - nazir yazıb.
Prezident Məsud Pazeşkian sosial media hesabında müharibənin bitməsinin şərtlərini açıqlayaraq bildirib ki, müharibəyə son qoymağın yeganə yolu İranın qanuni hüquqlarının tanınması, təzminat ödənilməsi və bir daha hücum etməyəcəyinə dair möhkəm beynəlxalq zəmanətdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.