Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İsraildən etiraf: “İranda rejim çökməyəcək, üsyan əlaməti yoxdur”

Baxış: 54
İsraildən etiraf: “İranda rejim çökməyəcək, üsyan əlaməti yoxdur”


İsrail rəsmiləri İrana qarşı hərbi əməliyyatların islam respublikasında rejim dəyişikliyinə səbəb olmayacağını etiraf ediblər.

Xarici mediaya istinadla xəbər verir ki, bu barədə iki yüksək mənsəbli İsrail rəsmisi “Röyters” agentliyinə danışıblar və adlarının çəkilməsini istəməyiblər.

"İsrail rəsmiləri qapalı müzakirələrdə İrana qarşı müharibənin hökumətin süqutuna səbəb olacağına dair heç bir əminlik olmadığını etiraf ediblər. Bombalanma fonunda İranda üsyan əlamətləri yoxdur", - rəsmi şəxslər bildiriblər.

Mənbələr əlavə ediblər ki, ABŞ prezidenti Donald Trampın münaqişənin tezliklə başa çatacağı ilə bağlı açıqlamalarına baxmayaraq, ABŞ-nin hərbi əməliyyatlara son qoymaq niyyəti yoxdur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.