Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Tarix: Dünən, 15:30
/
Baxış: 72
Ermənistanda hakimiyyətlə kilsə arşında qarşıdurma yeni və dajha kəskin mərhələyə adlayıb. Katolikos II Qareginə qarşı az öncə cinayət işinin açılması və onun ölkədən çıxışına qadağa qoyulması baş revanşist daxil, radikal düşərgəni az qala, cin atına mindirib.
Cinayət işi açılıbsa, demək ki, o, hər an həbsə də salına bilər. Ancaq istisna deyil ki, baş nazir Nikol Paşinyan bunu qarşıdakı parlament seçkiləri və yeni konstitusiyanın qəbulundan sonraya saxlasın. Təzə konstitusiyada isə Eçmiədzinə ölkə ictimai-siyasi həyatına müdaxilə hüququ verən əvvəlki imtiyazlar tanınmayacaq.
Artıq bunun anonsu da verilib. Yəni Paşinyan əslində, həm də erməni qriqoryan kilsəsinin toplumdakı konstitusiya dayaqlarını dağıtmaq istəyir. Böyük ehtimalla, buna nail da olacaq. Seçki və uğurlu referendumdan sonra isə əli güclənən Paşinyan dini zümrə daxil, “müharibə partiyası”na qarşı son həmləyə qərar verəcək...
Şübhəsiz ki, Ermənistan hakimiyyətinin bu yöndə fəaliyyəti Azərbaycanın maraqlarına cavab verir. Daha bir səbəbə: II Qaregin və digər radikal-revanşist ünsürlər bilavasitə Moskvaya bağlı “proksi” qüvvələrdir. Qonşu Azərbaycan və Türkiyə ilə barışığı yaxına buraxmayan, cəmiyyətdə Türkə nifrətin səngiməsini istəməyən destruktiv təbəqədir.
Təsadüfi deyil ki, baş katolikosun qardaşının tutuqlanmasının bir motivi də onun Rusiya ilə casusluq əlaqələri ilə bağlıdır. Sözsüz ki, katolikos da rusun adamı və agentidir. Bu da təəccüblü deyil ki, kilsəyə hücumdan ən çox hiddətlənənlər arasında Rusiya və onun rəsmiləri, zatulinlər, solovyovlıar öndə gəlir. Sevinənlərin çevrəsi və ünvanı da aşağı-yuxarı bəlli...
“Təsadüfi deyil ki, bütün Azərbaycan mətbuatı iki-üç gündür ki, bu mövzunu xüsusi sevinc və həvəslə müzakirə edir. Bu, bütün Bakı mediasının əsas mövzusudur. Hərəkətlərinizin kimi sevindirdiyini deyin, mən də sizə kim və ya nə olduğunuzu deyim”.
Sitat radikal mövqeyi ilə tanınan “Past” erməni qəzetindəki məqaləsindədir.
Terror yuvası və insanlıq düşməni olan, humanizm prinsiplərinə heç bir dəxli olmayan erməni kilsəsinin, onun başçısının sıxışdırlmasına Azərbaycanda niyə sevinməsinlər ki?..
Rusiya nəşr “Nezavisimaya Qazeta”nın (NG) bu xüsusda yazdığı və irəli sürdüyü versiya da diqqət çəkir. NG-ya görə, Paşinyanın katolikosa hücumuna ABŞ vitse-prezidenti Ceymns Di Vensin İrəvan səfəri səbəb olub.
“Vaşinqtonla İrəvan arasında strateji tərəfdaşlığın genişləndirilməsi ilə bağlı cəsarətli çıxışlarına baxmayaraq, səfər Qarabağ ermənilərinin “erməni xristian girovlarını azad edin” şüarları ilə etiraz aksiyası fonunda baş tutub. Bundan əlavə, hazırda həbsdə olan arxiyepiskop Baqrat Qalstanyan məktubunu Xristian Həmrəyliyi Beynəlxalq Təşkilatının (XHİ) vasitəçiləri vasitəsilə Vensə çatdırmağı bacarıb. Vensin administrasiyası məktubun alındığını təsdiqləyib, lakin heç bir şərh verməyib”, - qəzet məyusluqla qeyd edib.
Nəşr ardınca Paşinyanın ona sadiq ruhanilərin köməyi ilə alternativ katolikos seçkilər keçirə biləcəyini narahatlıqla vurğulayıb: “Türkiyə mediası hətta potensial namizədin adını da çəkib: Konstantinopolun (İstanbul – red.) erməni patriarxı II Sahak Maşalyan”.
Maşalyan Bakı və Ankara ilə sülh tərəfdarı olan mötədil din xadimi kimi tanınır. Sülh əleyhdarlarının çevrəsi və ünvanları da çoxdan məlum. Başda Rusiya olmaqla...
Digər xəbərlər
Xəbər lenti
22:11
17-02-2026
17-02-2026
21:48
17-02-2026
17-02-2026
21:18
17-02-2026
17-02-2026
20:43
17-02-2026
17-02-2026
20:33
17-02-2026
17-02-2026
20:16
17-02-2026
17-02-2026
19:44
17-02-2026
17-02-2026
19:34
17-02-2026
17-02-2026
19:14
17-02-2026
17-02-2026
18:51
17-02-2026
17-02-2026
18:31
17-02-2026
17-02-2026
18:21
17-02-2026
17-02-2026
17:49
17-02-2026
17-02-2026
17:33
17-02-2026
17-02-2026
17:17
17-02-2026
17-02-2026
16:53
17-02-2026
17-02-2026
16:23
17-02-2026
17-02-2026
15:46
17-02-2026
17-02-2026
15:17
17-02-2026
17-02-2026
15:00
17-02-2026
17-02-2026
14:22
17-02-2026
17-02-2026
12:38
17-02-2026
17-02-2026
12:34
17-02-2026
17-02-2026
12:23
17-02-2026
17-02-2026
11:42
17-02-2026
17-02-2026
11:34
17-02-2026
17-02-2026
11:30
17-02-2026
17-02-2026
11:24
17-02-2026
17-02-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Maşın ticarətində düzgün vaxt faktoru
17-02-2026 22:11
/
99
2026-da qarışıq investisiya modeli
17-02-2026 21:48
/
99
Sahibkar üçün torpaq və token strategiyası
17-02-2026 21:18
/
99
Kripto qazancı ilə avtomobil parkı qurmaq
17-02-2026 20:43
/
81
Ev alqı-satqısında gəlir marjasını artırmaq
17-02-2026 20:33
/
81
Rəqəmsal valyuta ilə kənd təsərrüfatı ixracı
17-02-2026 20:16
/
90




































