Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Pezeşkiandan şok etiraf: Cəmiyyət yaralanıb, sağalmazsa pis təsir edəcək

Baxış: 81
Pezeşkiandan şok etiraf: Cəmiyyət yaralanıb, sağalmazsa pis təsir edəcək


İranda iqtisadi problemlər və yüksək inflyasiya xalqa mənfi təsir göstərir, çətinlikləri artırır və xarici təzyiqlər də mövcuddur. Əgər bu böhranlı vəziyyəti tezliklə  aradan qaldıra bilməsək, o zaman bizi çətin günlər gözləyir.

 “Entekhab” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezaşkian Nazirlər Kabinetinin iclasında deyib. 

Prezident Pezeşkian İrandakı iqtisadi problemlərin və yüksək inflyasiyanın xalqa mənfi təsir etdiyini bildirərək deyib: "İnsanlar dolanışıqlarını təmin etmək üçün mübarizə aparırlar. Bundan əlavə, xarici təzyiqlər də var. İranın düşmənləri iqtisadi təzyiqin artırılmalı olduğunu deyirlər. Cəmiyyətimiz yaralanıb və bu yara sağalmazsa, bütün cəmiyyətə təsir edə bilər".

Pezeşkian həmçinin 28 dekabr 2025-ci ildə İranda başlayan etirazlar zamanı həbs olunan sənətçilərlə bağlı açıqlamalar verib. Kəşfiyyat Nazirliyinə həbs olunan hər hansı sənətçinin işini araşdırmağı tapşırdığını bildirib. Məsələni diqqətdə saxladığını və tezliklə həll olunacağını qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.