Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Əsrin fəlakəti”nin ildönümündə yenidən zəlzələ oldu

Baxış: 90
“Əsrin fəlakəti”nin ildönümündə yenidən zəlzələ oldu


Türkiyənin Aralıq dənizi bölgəsində 4,2 bal gücündə zəlzələ baş verib.

“Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 08:31-də qeydə alınıb.

5.32 km dərinlikdə baş verən zəlzələnin dağıntı və ya xəsarətlərə səbəb olması ilə bağlı açıqlama verilməyib. 

Xatırladaq ki, 3 il əvvəl, 2023-cü il fevralın 6-sı saat 04:17-də ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Türkiyənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunan yeraltı təkanlar nəticəsində 53 537 nəfər həlak olub, 107 213 nəfər isə müxtəlif xəsarətlər alıb. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.