Rusiya “Tramp yolu”na gəlir - “mən də varam” mesajı
Tarix: Bu gün, 16:00
/
Baxış: 63
Bakının sülh təşəbbüsləri bəhrəsini verdikcə, Moskva sakit dayana bilmir
Rusiya-Azərbaycan-Ermənistan marşrutu üzrə digər yüklərin daşınması məsələsi aktiv şəkildə müzakirə olunur.
Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk açıqlama verib.
Overçuk bildirib ki, Rusiya buğdasını daşıyan ilk qatarın Azərbaycan və Gürcüstan ərazisindən tranzitlə Ermənistana göndərilməsi son dərəcə mühüm hadisədir. Onun sözlərinə görə, bu, Ermənistan və Azərbaycanın müstəqillik əldə etməsindən sonra - son 30 ildən artıq müddətdə - bu marşrut üzrə ilk belə daşımadır.
“Bu gün bu, artıq reallığa çevrilib. Əvvəlcə Rusiya buğdası göndərildi, ardınca Qazaxıstan buğdası daşındı. Hazırda isə bu xətt üzrə digər yüklərin də göndərilməsi müzakirə olunur”, - deyə Rusiya baş nazirinin müavini qeyd edib. O xatırladıb ki, bir müddət əvvəl Azərbaycanın Ermənistana neft məhsulları tədarükü ilə bağlı məlumatlar da yayılmışdı. Overçukun sözlərinə görə, bu faktlar regionda real və dərin dəyişikliklərin baş verdiyini göstərir. Rusiya rəsmisi iddia edib ki, bu proseslərdə 2020-ci il 9-10 noyabr tarixli Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanat həlledici rol oynayıb. Həmin razılaşma ilə müharibə dayandırılıb və ölkələr arasında əməkdaşlıq üçün əsas yaradılıb. Overçukun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan birbaşa ikitərəfli formatda çalışırlar, o cümlədən sərhəd məsələləri üzrə təmaslar davam edir. “Mən bilirəm ki, həmkarlarım artıq bir-birinə səfərlər də edirlər. Azərbaycanla Ermənistan arasında ticarət başlayır, neft məhsullarının tədarükü həyata keçirilir”, - deyə o əlavə edib.
Qeyd edək ki, baş nazir Nikol Paşinyan Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı haqqında danışıb. “Bu, artıq baş verib, çünki qatarlar artıq Rusiyadan Ermənistana Azərbaycan ərazisindən gəlir, bu, mənim fikrimcə, həqiqətən tarixi hadisədir. Qeyd etdiyiniz kimi, yeni imkanlar açılır”, - Paşinyan deyib. “Artıq ölkəmizin ərazisində bəzi digər dəmir yolu sahələrinin bərpası gündəliyi formalaşıb. Söhbət xüsusilə İcevan, Yerasx (Arazdəyən-red.) və Axurik istiqamətlərindən gedir. Bunlar Ermənistanı Azərbaycanla, onun əsas ərazisi, Naxçıvan və Türkiyə ilə kifayət qədər fəal siyasi proses fonunda birləşdirən dəmir yolu xətləridir. Eyni zamanda demək olmaz ki, hazırda bu dəmir yollarının açılması ilə bağlı artıq siyasi qərarlar qəbul edilib, lakin mənim fikrimcə, vəziyyət hazırlıq işlərinə başlanılması üçün lazım olan mərhələyə çatıb”, - N.Paşinyan qeyd edib. Bundan əvvəl N.Paşinyan rusiyalı tərəfdaşlarından bir sıra dəmir yolu xətlərinin təcili bərpasını xahiş etdiyini bildirmişdi. Məlumata görə, söhbət Yerasx (Arazdəyən) Naxçıvanla sərhədə qədər olan dəmir yolu xətti və Axurikdən Türkiyə ilə sərhədə qədər olan dəmir yolu xəttindən gedir. Həmçinin Paşinyan Qazax-İcevan dəmir yolu sahəsi ilə bağlı məsələni də gündəmə gətirməyi planlaşdırdığını qeyd edib və Rusiya tərəfdaşlarının bu müraciəti mümkün qədər tez həyata keçirəcəyinə ümid etdiyini vurğulayıb.(APA)
Bu arada məlum olub ki, ABŞ Zəngəzur dəhlizi ilə bağlı hərəkətə keçib. 2026-cı ilin fevral ayında ABŞ-nin çox yüksək vəzifəli bir məmurunun Ermənistana səfəri gözlənilir". Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə ekspert Suren Sarkisyan yazıb. O xatırladıb ki, Ermənistanda indiyə qədər ən yüksək vəzifəli Amerika məmuru Nümayəndələr Palatasının spikeri və dövlət katibi olub. Jurnalist Jirayr Voskanyan isə qeyd edib ki, onda olan məlumata görə, ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens 2026-cı ilin fevral ayında Ermənistana səfər edəcək. Voskanyan yazıb ki, Meğridə TRIPP layihəsinin (Zəngəzur dəhlizi) təməlqoyma mərasimi gözlənilir. Mümkündür ki, ABŞ-nin vitse-prezidenti Ceyms Vens TRIPP layihəsinin təməlqoyma mərasimində iştirak etsin.
Zəngəzur dəhlizi ilə bağlı proseslərdə dinamika yaranan kimi, Rusiya da “burada mən də varam” deməyə başlayıb. Azərbaycan və Ermənistan arasındakı ikitərəfli siyasi, diplomatik, ticarət əlaqələri hər hansı üçüncü tərəfin, o cümlədən Rusiyanın moderatorluğu ilə həyata keçirilmir, bu, ikitərəfli formatın nəticəsidir, Prezident İlham Əliyevin təqdim etdiyi yol xəritəsinə uyğun şəkildə. Rusiyanın məram-məqsədi nədir? ABŞ və Rusiya arasında rəqabət var, yoxsa ortaq anlaşma? Bu arada Trampın adamları yenə də Rusiya ilə danışıqlar aparır. Mövzu Ukrayna olsa da, istisna deyil ki, Zəngəzur dəhlizi də diqqətdən kənarda qalmayıb, çünki hər iki ölkə üçün vacib əhəmiyyətlidir. Hətta Tramp demişdi ki, Putin 8 avqust razılaşmasından sonra onu tərifləyib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Kreml son aylarda “Tramp yolu” layihəsinə maraq göstərməyə başlayıb: “Rusiyanın dəhlizin tikintisində iştirakı mümkün deyil. Bunu nə Vaşinqton, nə də Ermənistan hökuməti istəyir. Baş nazir Nikol Paşinyan Rusiyanın yalnız Ermənistanın daxili dəmiryollarının tikintisində və bərpasında iştirakını mümkün sayır. Misal üçün, Paşinyan Rusiyaya təklif edib ki, Qazax-İcevan dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsini bərpa etsin. Moskvanın bu təklifə cavabı hələ yoxdur. Çünki Moskvanın əsas diqqəti "Tramp yolu"ndadır".
E.Şahinoğlu qeyd etdi ki, Rusiya “Tramp yolu”nun tikintisində iştirak edə bilməsə də, gələcəkdə bu dəhlizin imkanlarından istifadə edə bilər: “Heç bir ölkə, o cümlədən Azərbaycan bu məsələnin əleyhinə deyil. Əksinə, Azərbaycanın mövqeyi belədir ki, nəqliyyat yolları böyük və kiçik ölkələr arasında qarşıdurmalara deyil, ortaq iqtisadi maraqlara xidmət etməlidir. Rusiya gələcəkdə Ermənistana və Türkiyəyə nəzərdə tutduğu yükləri "Tramp yolu" vasitəsilə ünvana çatdıra bilər". ABŞ vitse-prezidenti Ceyms Vensin “Tramp yolu”nun təməlqoyma mərasimində iştirakına gəldikdə, politoloq hesab edir ki, bu, mümkündür: “Çünki bu yolun təsis edilməsi ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə əlaqəlidir. Bu, Trampın 2025-ci ildə xarici siyasətdə əldə etdiyi əsas uğurlardan biridir. ABŞ "Tramp yolu" vasitəsilə Cənubi Qafqaz və Mərkəzi Asiyada mövqelərini gücləndirmiş olacaq. Rusiya və İran bu amillə hesablaşmaq məcburiyyətində qalacaqlar".musavat.com
Prezident İlham Əliyev Qazaxıstanda səfərdə olarkən bildirmişdi ki, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər. Dövlətimizin başçısı demişdi: “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”.
Digər xəbərlər
Xəbər lenti
17:49
25-12-2025
25-12-2025
17:33
25-12-2025
25-12-2025
17:17
25-12-2025
25-12-2025
16:23
25-12-2025
25-12-2025
16:00
25-12-2025
25-12-2025
15:46
25-12-2025
25-12-2025
15:30
25-12-2025
25-12-2025
15:17
25-12-2025
25-12-2025
14:40
25-12-2025
25-12-2025
14:31
25-12-2025
25-12-2025
14:27
25-12-2025
25-12-2025
13:10
25-12-2025
25-12-2025
13:00
25-12-2025
25-12-2025
12:55
25-12-2025
25-12-2025
11:59
25-12-2025
25-12-2025
11:25
25-12-2025
25-12-2025
09:52
25-12-2025
25-12-2025
09:48
25-12-2025
25-12-2025
09:26
25-12-2025
25-12-2025
09:17
25-12-2025
25-12-2025
09:11
25-12-2025
25-12-2025
09:00
25-12-2025
25-12-2025
22:11
24-12-2025
24-12-2025
21:48
24-12-2025
24-12-2025
Ən çox baxılanlar
Sahibkarlıq
“Qışda Tərəvəz Əkinindən Premium Brend Məhsula Sahibkarlıq”
25-12-2025 17:49
/
18
“Qış Əkinindən Onlayn Satışa: Fermer Sahibkarlığında Yeni Dövr”
25-12-2025 17:33
/
45
“Soğuk Mövsüm Torpağından Brend Bazara Sahibkarlıq Körpüsü”
25-12-2025 17:17
/
54
“Qış Suvarma Texnologiyaları ilə Əkinçilik Sahibkarlığında İnnovasiya”
25-12-2025 16:53
/
45
“Sahibkar Fermerlər Qış Əkinini Premium Məhsula Çevirir”
25-12-2025 16:23
/
63
“Qışda Əkinçilik Sahibkarlığında Rekord Gəlir Modeli”
25-12-2025 15:46
/
72





























