
Böyük Britaniya Kralı III Çarlz ictimaiyyəti xərçəng xəstəliyi ilə mübarizəsi barədə məlumatlandırmaq qərarına gəlib.
Bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verir.
Kralın videomüraciəti "Cancer Research UK" və "Channel 4" telekanalının birgə təşkil etdiyi "Stand Up To Cancer 2025" kampaniyası çərçivəsində göstəriləcək.
Monarx xəstəliyin diaqnozu, öz mübarizəsi barədə təfərrüatı bölüşəcək və bu məsələdə şəxsi təcrübəsini açıqlayacaq.
Kralın müraciəti "Channel 4" telekanalında yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 00:00 - red.) yayımlanacaq.(oxu.az)





































