Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hakan Fidan: Müharibə artıq genişlənib, Avropaya keçə bilər

Baxış: 90
Hakan Fidan: Müharibə artıq genişlənib, Avropaya keçə bilər


"Avropa Ukraynaya bəzi çətin seçimlər etməkdə kömək etməlidir... Böyük itkilərin qarşısını almaq üçün, yəni daha böyük xeyir naminə, burada baş verə biləcək fəlakətin qarşısını almalı, şəri aradan qaldırmalıyıq... Buna görə də seçim edilməlidir. Bilirəm ki, bu, onlar üçün çətindir. Torpaq məsələsi xüsusilə mürəkkəbdir. Allah heç kimə belə bir şey yaşatmasın".

“CNNTurk” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan bəyan edib.

O əlavə etdi ki, təhlükəsizlik zəmanətləri ilə bağlı tələblər hələ də mövcuddur və bunun da asan olmadığını bildirib. Nazir Hakan Fidan müharibənin coğrafiyasının genişlənməsindən narahat olduğunu bəyan edib: 

“Müharibə artıq Qara dənizə yayılıb. Hazırda onlar Qara dənizdə ticarət gəmilərinə və tankerlərə hücum edirlər. Buna görə də, müharibə davam edərsə, o, başqa yerlərə, Avropanın digər hissələrinə də yayılacaq”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.