Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu ölkədə baş verən yanğın nəticəsində ölənlərin sayı 44-ə ÇATDI - VİDEO

Baxış: 162
Bu ölkədə baş verən yanğın nəticəsində ölənlərin sayı 44-ə ÇATDI - VİDEO




Honkonqda yaşayış kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı 44-ə çatıb.

 "China Morning Post" qəzeti xəbər verir ki, daha 45 nəfərin vəziyyəti ağırdır.

279 nəfər isə hələ də itkin sayılır. Daha əvvəl Honkonq meri Con Li 36 ölüm və 29 nəfərin xəstəxanaya yerləşdirilməsi barədə məlumat vermişdi, onlardan yeddisinin vəziyyəti ağırdır.

Qeyd edək ki, Honkonqda ümumilikdə 4000 nəfərin yaşadığı yaşayış kompleksindəki bir neçə hündürmərtəbəli binada yanğın baş verib. Bəzi insanlar binaların içərisində qalıb.

Bundan əlavə, yanğında təqsirləndirilən üç nəfərin həbs olunduğu bildirir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.