İrəvan və Moskva arasında yeni gərginlik - Paşinyanın o tələbi...
Tarix: 20-11-2025, 16:00
/
Baxış: 243
Köçəryan və Sərkisyanın qanlı cinayətini ört-basdır etmiş iki şəxs İrəvana veriləcək?
Ermənistan Rusiyadan keçmiş baş prokuror Gevork Kostanyanın ekstradisiyasını tələb edəcək. Nikol Paşinyan hökuməti həmçinin 2008-ci il 1 mart hadisələri ilə bağlı iş üzrə istintaq qrupunun keçmiş rəhbəri Vaaqn Arutunyanın ekstradisiyasını tələb etmək niyyətindədir.
Bu barədə baş prokuror Anna Vardapetyan parlamentdə keçirilən dinləmələrdə bildirib.
Qeyd edək ki, adıçəkilən şəxslər 1 mart işi üzrə vəzifə səlahiyyətlərindən sui-istifadədə, sübutları saxtalaşdırmaqda və istintaqı təhrif etməkdə ittiham olunurlar. Həmin hadisələr zamanı sabiq prezident və Xocalı hərbi canisi, Moskvanın sadiq tulası Serj Sərkisyan seçkinin nəticələrini saxtalaşdırdığı üçün İrəvanda başlanan nümayişçilər gülləbaran edilmiş, 8 etirazçı öldürülmüşdü. O vaxt müxalifətdə olan Nikol Paşinyan isə həbs olunmuşdu.
Erməni tərəfinin məlumatına görə, hər iki keçmiş məmur Rusiyadadır, lakin Rusiya Federasiyası hələ ki onların İrəvana ekstradisiyasına razılıq verməyib. Verərmi? Həmin şəxslərin Ermənistana gətirilməsi reallaşarsa, ardınca Robert Köçəryan və Serj Sərkisyanın həbsi baş verə bilər?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, 2008-ci il martın 1-də Ermənistanda baş verən hadisələr dünya ictimaiyyətinin gözü qarşısında olmuşdu və xalqa, müxalif qüvvələrə qarşı qanlı cinayət həyata keçirilmişdi: “Qarabağ canilərindən biri Robert Köçəryan o dövrdə özünün prezident səlahiyyətlərini digər cinayətkar Xocalı canisi Serj Sərkisyana vermək prosesini həyata keçirirdi. O zaman Ermənistan müxalifəti və ictimaiyyəti bu qanunsuzluğa etiraz edərək küçələrə çıxanda etirazçılara qarşı silahlı hücum əmri verilmişdi. Nəticədə 8 nəfər öldürülmüşdü, yüzlərlə insan yaralanmışdı. Cinayətkar şəbəkənin üzvlərinin Ermənistanda hakimiyyəti bir-birinə ötürməsi baş tutduğu üçün 1 mart cinayətinə imza atmış insanlar cəzası qaldı. Həmin insanları cəzalandırmalı, məsuliyyətə cəlb etməli olan istintaq orqanlarının rəhbərləri cinayəti ört-basdır edərək özləri cinayətkara çevrildilər. O hadisə həm də hakimiyyətin zorla qəsb edilməsi idi. Bu, ağır cinayətlər kateqoriyasına aid cinayət idi. Lakin istintaq cinayət işini fərqli istiqamətə yönəltdi və təqsirkarlar məsuliyyətdən kənarda qaldılar. Bu cinayətə gec-tez qiymət verilməli idi. Hazırda Ermənistan baş naziri haqlı olaraq 1 mart cinayətinin iştirakçıları və cinayətkarları cəzadan kənarda saxlamış hüquq-mühafizə orqanlarının rəhbərlərini, xüsusən keçmiş baş prokuroru qanun qarşısında cavab verməyə cəlb etdirmək istəyir. Moskvanın həmin şəxsləri İrəvana verməsi ehtimalı azdır. Çünki həmin şəxslərin həbs olunmasından sonra Rusiyanın tulaları olan Robert Köçəryan və Serj Sərkisyanın həbsi qaçılmaz ola bilər. Rusiya isə bunu istəmir”.
Hüquq eksperti qeyd etdi ki, hazırda istintaq materiallarında Robert Köçəryan və Serj Sərkisyanın istənilən an qandallanıb həbsə atılması üçün kifayət qədər sübutların olduğu şübhəsizdir: “Ermənistan baş naziri Nikol Paşinyan nə qədər ki, gec deyil, həmin caniləri həbs etdirməlidir. Bunun üçün Rusiyada gizlənən keçmiş baş prokurorun, istintaq qrupunun keçmiş rəhbərinin İrəvana təhvil verilməsini gözləməyə ehtiyac yoxdur. Köçəryanla Sərkisyan həbs olunsa, Gevork Kostanyanın və Vaaqn Arutunyanın Rusiyada verilməməsinin Moskva üçün ciddi əhəmiyyəti qalmayacaq və bəlkə bundan sonra onları İrəvana təhvil verə bilərlər. Hazırda Ermənistan tərəfi bu iki şəxsin təhvil verilməsi ilə bağlı Rusiya ilə danışıqlar aparır. Amma görünən budur ki, Robert Köçəryan və Serj Sərkisyan azadlıqda qaldıqca Rusiya o iki şəxsi Ermənistana verməyəcək. Gevorq Kostanyan və Vaaqn Arutunyan İrəvana verilərsə, istintaqın gedişində çoxsaylı sirlərin üstü açılacaq. 1 mart hadisələrinin arxasında Rusiyanın dayandığı da bu zaman etiraf edilə bilər ki, bunu Moskva istəməz. Ona görə də hər iki şəxsin Ermənistana ekstradisiyası ilə bağlı atılan addımların müsbət nəticə verəcəyi ehtimalı azdır. Bu addımlar İrəvan-Moskva münasibətlərində əlavə gərginliklər meydana gətirəcək”.
Digər xəbərlər
Xəbər lenti
12:40
05-12-2025
05-12-2025
12:27
05-12-2025
05-12-2025
11:31
05-12-2025
05-12-2025
10:59
05-12-2025
05-12-2025
10:52
05-12-2025
05-12-2025
10:20
05-12-2025
05-12-2025
10:05
05-12-2025
05-12-2025
09:56
05-12-2025
05-12-2025
09:41
05-12-2025
05-12-2025
09:33
05-12-2025
05-12-2025
09:00
05-12-2025
05-12-2025
21:18
04-12-2025
04-12-2025
19:14
04-12-2025
04-12-2025
18:31
04-12-2025
04-12-2025
17:49
04-12-2025
04-12-2025
17:33
04-12-2025
04-12-2025
16:53
04-12-2025
04-12-2025
16:00
04-12-2025
04-12-2025
Ən çox baxılanlar
Sahibkarlıq
“Toxumdan Ticarət Rafına: Kənd Sahibkarlığının Gələcək Yolu Rəqəmsallaşır”
04-12-2025 22:11
/
135
“Heyvandarlıqdan Premium Ət Brendinə: Fermer Sahibkarların Yeni Gəlir Modeli”
04-12-2025 21:48
/
108
“Balıqçılıqda Sahibkarlıq İnqilabı: Dənizdən Birbaşa Brend Masasına”
04-12-2025 21:18
/
117
“Kənd Tərəvəzindən Premium Qida Satışına: Fermer Sahibkarlığında Dəyişən Trendlər”
04-12-2025 20:43
/
117
“Meyvə Yığımını Təbii Brendə Çevirən Sahibkar Fermerlərin Yeni Bazarı”
04-12-2025 20:33
/
126
“Əkin Biçinindən Brend Məhsula: Sahibkarlığın Kənddən Başlayan Dəyişimi”
04-12-2025 20:16
/
144

































