Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fransa, Almaniya və İngiltərədən Türkiyə bəyanatı

Baxış: 181
Fransa, Almaniya və İngiltərədən Türkiyə bəyanatı


E3 ölkələri  olan İngiltərə, Almaniya və Fransadan verilən ortaq açıqlamada ölkə liderləri Starmer, Makron və Merzin telefon danışığında Qəzzada qüvvəyə minən atəşkəsi müzakirə edilib.

 Böyük Britaniyanın baş naziri Keir Starmer, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merz məhbusların azad edilməsinə və Qəzzaya humanitar yardımın daxil olmasına şərait yaradacaq atəşkəs razılaşmasının qüvvəyə minməsindən məmnunluqlarını ifadə ediblər.

E3 liderləri verdikləri  birgə bəyanatda  Prezident Trampın bu məsələdəki rəhbərliyini, vasitəçilər Türkiyə, Qətər, Misirin diplomatik səylərini və razılığa nail olmaq üçün daha geniş regionun həyati dəstəyini yüksək qiymətləndiriblər.
Bəyanatda bütün tərəfləri gecikdirmədən öhdəliklərini yerinə yetirməyə çağırıb və E3 ölkələrinin planın gələcək mərhələlərini dəstəkləməyə davam edəcəyi bildirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.