Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AKP sözçüsü: İsrail millət vəkillərimizi dərhal azad etməlidir

Baxış: 110
AKP sözçüsü: İsrail millət vəkillərimizi dərhal azad etməlidir


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik İsraildə saxlanılan türkiyəli millət vəkillərinin dərhal azad edilməli olduğunu bildirib.

Çelik Azadlıq Flotiliyası ilə Qəzzaya humanitar yardım aparan fəalların saxlanılmasına münasibət bildirərkən, bu hadisənin böyük haqsızlıq və hüquqdan kənar olduğunu deyib.

“İsrail millət vəkillərimizi və vətəndaşlarımızı dərhal azad etməlidir. Fəallar Qəzzə xalqının mesajını bütün dünyaya çatdırırlar”, – deyə Ömər Çelik vurğulayıb.

Qeyd edək ki, Azadlıq Flotiliyasının gecə saatlarında Aşdod limanına yaxınlaşması gözlənilir. 3-ü millət vəkili olmaqla filotiliyada 24 Türkiyə vətəndaşının olduğu bildirilir.

Gəmilərdə fərqli ölkələrdən ümumilikdə 144 nəfər saxlanılıb.(apa)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.