“Rusiyanı tərk etmiş bir çox şirkət geri qayıtmaq istəyir” - Putin
Tarix: 5-09-2025, 10:32
/
Baxış: 1 046
Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumu (EEF) çərçivəsində çıxışı zamanı Uzaq Şərq və Arktika bölgələri üçün yeni sosial-iqtisadi təşəbbüslər irəli sürüb.
Putin bildirib ki, Uzaq Şərq ipoteka kreditinin tətbiq sahəsi genişləndiriləcək.
Onun sözlərinə görə, bu proqram çoxmənzilli binaların hələ tikilmədiyi və inşaatçılar tərəfindən təkliflərin olmadığı şəhərlərə də şamil olunmalıdır. Putin həmçinin ipotekanın regionun bütün çoxuşaqlı ailələrinə tətbiq edilməsini vacib sayıb.
O, əlavə edib ki, Uzaq Şərqdə 2%-lik ipoteka proqramı dövlət və bələdiyyə qurumlarının bütün işçilərini də əhatə edəcək.
Putin həmçinin iqtisadi təşviqlərlə bağlı mühüm açıqlamalar verib. O, 2027-ci il yanvarın 1-dən etibarən bütün Uzaq Şərq və Arktikada biznes üçün vahid güzəştli rejimin tətbiq ediləcəyini vurğulayıb.
Bundan başqa, Rusiya Sibir çaylarının nəqliyyat potensialından istifadə etməyə imkan verəcək transarktik dəhliz hazırlayacaq. Dronların istifadəsi üzrə eksperimental rejim isə bütün Uzaq Şərq bölgəsinə uzadılacaq.
Prezidentin sözlərinə görə, Rusiyanı tərk etmiş bəzi şirkətlər geri qayıtmaq istəyini ifadə edib və bu, mövcud şərtlər əsasında mümkün olacaq.
Digər xəbərlər
Xəbər lenti
17:00
10-10-2026
10-10-2026
16:17
10-10-2026
10-10-2026
15:43
10-10-2026
10-10-2026
15:09
10-10-2026
10-10-2026
14:49
10-10-2026
10-10-2026
14:00
10-10-2026
10-10-2026
13:22
10-10-2026
10-10-2026
13:00
10-10-2026
10-10-2026
12:13
10-10-2026
10-10-2026
12:08
10-10-2026
10-10-2026
11:47
10-10-2026
10-10-2026
11:43
10-10-2026
10-10-2026
10:33
10-10-2026
10-10-2026
10:29
10-10-2026
10-10-2026
10:24
10-10-2026
10-10-2026
22:11
09-10-2026
09-10-2026
21:48
09-10-2026
09-10-2026
21:18
09-10-2026
09-10-2026
20:43
09-10-2026
09-10-2026
20:33
09-10-2026
09-10-2026
20:16
09-10-2026
09-10-2026
19:44
09-10-2026
09-10-2026
19:34
09-10-2026
09-10-2026
19:14
09-10-2026
09-10-2026
18:51
09-10-2026
09-10-2026
18:31
09-10-2026
09-10-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Torpağın dəyərini artıran görünməyən amil
09-10-2026 22:11
/
2 970
Su çatışmazlığı yeni biznes ideyaları yaradır
09-10-2026 21:48
/
2 484
Əkinçilikdə məhsuldarlıq yarışına yeni qaydalar gəlir
09-10-2026 21:18
/
2 943
Suvarma layihələri kənd sahibkarlığını canlandırır
09-10-2026 20:43
/
2 628
Torpağın gələcəyi su ehtiyatlarının idarəsindədir
09-10-2026 20:33
/
3 015
Fermerlərin yeni sərmayəsi texnika yox, su olur
09-10-2026 20:16
/
3 078








































