Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Çin ABŞ-ın bu mallarına yüksək rüsum tətbiq etdi

Baxış: 143
Çin ABŞ-ın bu mallarına yüksək rüsum tətbiq etdi


Çin ABŞ-da istehsal olunan təkrejimli optik liflərə 33,3 faizdən 78,2 faizə qədər antidempinq rüsumları tətbiq edib.

Məlumatı Çin Ticarət Nazirliyi yayıb. Nazirliyin İnternet səhifəsində yerləşdirilən məlumata görə, qərar sentyabrın 4-dən qüvvəyə minib. Tarif idxal olunan məhsulların dəyərindən advalor rüsum kimi tutulur və standart gömrük sxemi üzrə hesablanır.

Rüsumlar  Corning Incorporated, OFS Fitel, LLC və Draka Communications Americas, Inc. kimi ABŞ şirkətlərinə, eləcə də oxşar məhsulların bütün digər Amerika istehsalçılarına tətbiq olunur.

Çin tərəfi qərarın səbəbi kimi ABŞ-ın müvafiq sənayesi tərəfindən ölkənin gömrük nəzarəti qaydalarına əməl edilməməsini göstərib. Nazirliyin iddiasına görə, Çin tərəfinin apardığı antidempinq araşdırması zamanı bütün səylər “açıq və şəffaf” olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.