Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyədə 128 nəfərdə mutasiyalı COVID-19 virusu aşkarlanıb - FOTO

Baxış: 250

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “Tvitter” hesabındakı paylaşımında koronavirusun yeni mutasiyaları ilə bağlı məsələyə toxunub.
“Haber Global”ın məlumatına görə, nazir COVID-19-un yeni mutasiyalarının vaksinasiya prosesinə zərər vura biləcəyini qeyd edib.
“Mutasiya təhdidinə qarşı diqqətli olmalıyıq. Ölkəmizdə mutasiyalı virusun aşkar olunduğu vətəndaşların sayı 128-ə yüksəlib. 17 şəhərimizdə virusun Britaniya variantı tapılıb”, - deyə F.Qoca bildirib.
Səhiyyə naziri əlavə edib ki, koronavirusa qarşı ən böyük silah hələ də qoruyucu maska və sosial məsafə olaraq qalır.
“Xəstə sayı bizim davranışlarımızdan asılıdır. Təmkinlə hərəkət etməli və insanların sıx olduğu yerlərdən çəkinməliyik”, -deyə nazir əlavə edib.  
Qeyd edək ki, son 24 saat ərzində Türkiyədə 6912 koronavirus xəstəsi aşkarlanıb, 131 nəfər xəstəlikdən vəfat edib. 




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.