Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

50.000 əsgər döyüş hazırlığı vəziyyətinə gətirildi - Suriyada

Baxış: 194
50.000 əsgər döyüş hazırlığı vəziyyətinə gətirildi - Suriyada


PKK terror təşkilatının Suriya qolu olan Suriya Demokratik Qüvvələri (SDQ) razılaşmadan imtina etdikdən sonra Dəməşq hökuməti təşkilatı tərksilah etmək üçün əməliyyat hazırlığına başlayıb.

 “The National” xəbər verir ki, Suriya ordusu Rəqqa və Deyr əz-Zordan SDQ-ni tərksilah etmək üçün Palmira, Suxna və Rusafa 50 min hərbçi yerləşdirib. Bölgədə terror təşkilatına qarşı çıxan ərəb qəbilələrinin əməliyyata dəstək verəcəyi də bildirilib. Hesabatda həmçinin qeyd olunub ki, SDQ daxilindəki 70 minlik silahlı qrupların 30 faizini ərəblər təşkil edir. Həmçinin ərəb əsilli döyüşçülərin münaqişə vəziyyətində Suriya Ordusuna keçə biləcəkləri söylənilir.

Əməliyyatın keçirilməsinə səbəb isə 2025-ci il 10 martda Suriyada yeni hökumətlə SDQ arasında müqavilə imzalanıb. Razılaşmaya əsasən, SDQ-yə bağlı silahlı qüvələr Suriya ordusuna inteqrasiya olunacaq. Lakin aradan keçən müddətdə SDQ razılaşmanın şərtlərinə əməl etməməklə yanaşı, separatçı fəaliyyətlə də məşğul olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.