Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Arakçıdan Zəngəzur dəhlizi ilə bağlı Mirzoyana “təlimat”

Baxış: 190
Arakçıdan Zəngəzur dəhlizi ilə bağlı Mirzoyana “təlimat”


Ermənistan və İran xarici işlər nazirləri Ararat Mirzoyan və Abbas Arakçı arasında telefon danışığı baş tutub.

 Bakupost.az xəbər verir ki, telefon danışığı əsasən Zəngəzur dəhlizi ilə bağlı olub.

“Bu marşrut regionun geosiyasətində dəyişikliklərə gətirib çıxarmamalı və İranın digər kommunikasiya marşrutlarına çıxışını kəsməməlidir və hər bir qərar və hərəkətdə ölkələrin milli suverenliyinə və ərazi bütövlüyünə tam hörmət olunmalıdır”, - Arakçı bildirib.

Abbas Arakçının Zəngəzur dəhlizinə qarşı xüsusi irad bildirməməsi, sadəcə, İranın maraqlarının qorunması gərəkdiyini ifadə etməsi diqqət çəkib.

Qeyd edək ki, A.Arakçıdan fərqli olaraq, İranın dini lideri Əli Xameneinin müşaviri, sabiq xarici işlər naziri Əli Əkbər Vilayəti davamlı olaraq Zəngəzur dəhlizinə qarşı aqressiv və kəskin iddialar səsləndirir, hətta Tehranın dəhlizin açılmasına imkan verməyəcəyindən bəhs edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.