Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanlı sahibkarları "çimdikləyə" bilərik - Rus general

Baxış: 197


Kreml təbliğatçılarının Bakıya qarşı müharibə təhdidləri sırasına daha biri əlavə olunub. Bu dəfə oxşar təhdid Rusiya Dövlət Dumasından gəlib.
Sahibkartv.az Bakupost.az-a istinadən xəbər verir ki, deputat-general Andrey Qurulev Rusiyanın Azərbaycan mallarının idxalına qadağan qoya biləcəyini deyib.
O, eyni zamanda qeyd edib ki, Moskva bu ölkədəki azərbaycanlı sahibkarları "çimdikləyə" bilər.
“Xüsusi hərbi əməliyyat anlayışı genişdir və Rusiyanın bütün sərhədləri boyunca tətbiq oluna bilər”, - o əlavə edib.
Xatırladaq ki, bundan əvvəl Azərbaycanla bağlı təhdidlər Kreml təbliğatçıları Vladimir Sоlovyov və Yuri Podolyak tərəfindən səsləndirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.