Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fransada yeni siyasi böhran - ölkə hər saniyə beş min avro borc alır

Baxış: 179
Fransada yeni siyasi böhran - ölkə hər saniyə beş min avro borc alır


Son günlərdə Fransanın ictimai-siyasi səhnəsində yenidən “fırtına” yaradan hadisə baş verib. Fransanın baş naziri Fransua Bayru iyulun 15-də dövlət büdcəsindəki kəsiri azaltmaq üçün dövlət borcu üzərində nəzarətin yaradılması, eləcə də faşizm üzərində Qələbə Günü və Pasxa bayramından imtina edilməsini təklif edib. Baş nazirin bu təklifi ölkənin ictimai-siyasi arenasında cidd əks reaksiyaya səbəb olub.

Fransa hökuməti eyni zamanda ölkənin varlı vətəndaşları üçün vergilərin artırılacağını açıqlayıb. 

Bayru hökuməti eyni zamanda dövlət xərclərini 43,8 milyard avro azaltmaq istəyir. 

Yaranmış vəziyyəti şərh edən “Politico” yazıb ki, bu açıqlama ilə Fransanın hazırkı baş naziri artıq özünün “siyasi ölüm əmri”ni imzalayıb.

Fransa baş nazirinin yanaşması ondan ibarətdir ki, insanlar daha çox işləməlidirlər, təqvimə müəyyən qədər yenidən baxılmalıdır. Çünki ölkənin iqtisadi vəziyyəti elədir ki, mümkün qədər çox işləməyə və ya nəticə çıxarmağa ehtiyac var. Bu da ölkədə ciddi narazılığa səbəb olub.

Fransa iqtisadiyyatına cavabdeh olan bir nömrəli şəxs vəziyyətdən çıxmaq üçün büdcəyə 40 milyard avrodan çox vəsait toplaya bilməlidir. O narahatdır, çünki Fransa hər saniyə beş min avro borc alır. Bayrunun baş nazir postundan uzaqlaşdırılması ilə bağlı bəyanatlar da olub.

Analitiklər qeyd edirlər ki, çox axıcı vəziyyət yaranıb və üç əsas parlament qüvvəsi əməkdaşlıqdan imtina edərsə, böyük ehtimalla Bayru hökuməti səhnəni tərk edəcək və Makron ya yeni baş nazir təyin etməyə, ya da texnokratlardan ibarət hökumət qurmağa məcbur olacaq.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.