Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiya ordusu Ukraynada Lüksemburq boyda ərazi ələ keçirib – Bild

Baxış: 153
Rusiya ordusu Ukraynada Lüksemburq boyda ərazi ələ keçirib – Bild


Almaniyanın “Bild” nəşri Rusiyanın 2024-cü ilin əvvəlindən bəri Ukraynada tutduğu ərazilərlə bağlı diqqətçəkən hesabat yayımlayıb.

"Bu ilin əvvəlindən bu yana Rusiya qoşunları Ukraynada ümumilikdə 2395 kvadrat kilometr ərazini nəzarətə götürüb. Bu rəqəm demək olar ki, Lüksemburqun sahəsinə bərabərdir – Baltikyanı dövlətdən bir qədər kiçik. Qeyd edilir ki, 2024-cü il boyunca Rusiya ordusunun irəlilədiyi ərazi 3388 kvadrat kilometrə çatır.

“Bild”in analizinə əsasən, Rusiya ordusu əsasən Donetsk və Xarkov istiqamətində irəliləyir. Ukrayna tərəfi isə bu ərazilərdə canlı qüvvə çatışmazlığı ilə üzləşdiyindən, bir çox yaşayış məntəqələrinin müdafiəsini cəmi 5-10 nəfərlik qrupların öhdəsinə buraxmalı olur. Eyni zamanda, Rusiya ordusu bu mövqelərə 20-50 nəfərlik hücum qrupları ilə daxil olur.

Məqalədə Ukraynanın müdafiə strategiyasında dəyişikliklərin zəruri olduğu vurğulanır və NATO ölkələrinin gecikən yardımının da vəziyyəti ağırlaşdırdığı bildirilir.(Musavat.com)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.