Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ 150 ölkədən idxala 10-15% rüsum tətbiq edəcək

Baxış: 150
ABŞ 150 ölkədən idxala 10-15% rüsum tətbiq edəcək


ABŞ 150-yə yaxın kiçik ölkədən gətirilən mallara 10-15% həcmində idxal rüsumu tətbiq etməyi planlaşdırır.

Bu barədə ABŞ prezidenti Donald Tramp “Real America's Voice” telekanalına müsahibəsində məlumat verib.

“Biz qalan təxminən 150 [kiçik] ölkə üçün vahid tarif dərəcəsi müəyyən edəcəyik. Bu da yəqin ki, 10% və ya 15% olacaq. Hələ dəqiq qərar verməmişik”, – deyə o bildirib.

Bundan əlavə Tramp aprelin 2-də 185 ölkə və ərazidən gətirilən məhsullara gömrük rüsumlarının tətbiq edildiyini elan edib. Ümumi 10%-lik tarif aprelin 5-dən qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-dan tətbiq olunmağa başlayıb. Həmin gün ABŞ prezidenti 90 günlük cavab rüsumlarının bir hissəsinin dayandırıldığını da açıqlayıb. Ağ Evin izahına görə, bu qərar ticarət məsləhətləşmələrinin aparılması ilə əlaqədardır. Bu dövr ərzində vahid 10%-lik tarif qüvvədə qalacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.