Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Öcalandan 26 ildən sonra ilk video çağırış: “Silah yox, siyasət qalib gələcək”

Baxış: 171
Öcalandan 26 ildən sonra ilk video çağırış: “Silah yox, siyasət qalib gələcək”


1999-cu ildən bəri İmralı həbsxanasında saxlanılan PKK lideri Abdullah Öcalan 26 ildən sonra ilk dəfə görüntülü şəkildə ictimaiyyətə müraciət edib.

Bu barədə Türkiyə KİV xəbər verir.

Mesajında o, PKK-ya bir daha silahları yerə qoymaq çağırışı edib.

Öcalan çıxışında "Komünalist yoldaşlıq hərakatının" keçdiyi mərhələyə, mövcud vəziyyətə və həll yollarına dair fikirlərini bölüşərək, bu barədə yazılı olaraq da geniş izah verdiyini bildirib. O, 27 fevral 2025-ci il tarixli "Sülh və Demokratik Cəmiyyət Çağırışı"na sadiq qaldığını vurğulayıb.

PKK terror təşkilatının milli dövlət yaratmaq məqsədindən və silahlı fəaliyyətlərdən imtina etdiyini bildirən Abdullah Öcalan, “Artıq varlığımız tanınıb, indi demokratik siyasət mərhələsi başlamalıdır” deyə vurğulayıb.

O, TBMM-də yaradılması planlaşdırılan komissiyanın və silahların yerə qoyulması prosesinin əhəmiyyətinə toxunaraq bildirib: “Silahı yerə qoymaq tarixi bir qazanc olacaq.”

Öcalan, Türkiyə Böyük Millət Məclisində təmsil olunan DEM Partiyası və digər siyasi qüvvələrin bu prosesə dəstək verməsinin vacibliyini qeyd edərək, “Sülh və demokratik cəmiyyət hədəfinə ancaq birlikdə çata bilərik” fikrini səsləndirib.

“Mən silahın yox, siyasətin və ictimai barışın gücünə inanıram. Sizi də bu prinsipi həyata keçirməyə çağırıram. Son günlər bölgədə baş verən hadisələr, atdığımız bu tarixi addımın nə qədər vacib və təxirəsalınmaz olduğunu bir daha göstərir”, - deyə Öcalan çağırış edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.